Azərbaycanın haqlı mübarizəsi - VİDEO

Azərbaycanın haqlı mübarizəsi - VİDEO

Azərbaycanın haqlı mübarizəsi

Buna Minsk Qrupunun fəaliyyətsizliyi və BMT nizamnaməsi əsas verir

Dağlıq Qarabağda qızğın döyüşlər gedir, Ermənistanın beynəlxalq təşkilatlara müraciət edir ki, Azərbaycanı hərb meydanında dayandırsınlar. Amma BMT nizamnaməsinin 51 ci maddəsi var, həmin maddə hüquqi əsas verir ki, Azərbaycan öz torpaqlarını işğalçılardan azad etsin.
Elə bu Azərbaycanın legetim atdığı addımlarla cəbhədə uğursuzluğa düçar olan, Ermənistan hərbi siyasi hərbərliyi işğalçılığı bir yana, terrora da əl atır. Məqsədi 3 cü ölkəni və ya ölkələri müharibə meydanına gətirməkdir.
Burda bir məsələ var, münaqişənin hərb meydanına qədər gəlməsi barədə düşünündə ATƏT-in Minsk Qrupu göz önünə gəlir. Çünki onların 30 ilə yaxın fəaliyyətinin nəticəsizliyi Azərbaycanı məcbur etdi ki, hüququ olan, ərazilərinin bütövlüyü uğrunda vuruşsun.
Nəticə bəllidir, ATƏT in Minsk Qrupunun heç bir nəticə ortaya qoymaması, üstəlik Ermənistan rəhbərliyinin Qarabağ Ermənistandır bəyanatı məsələni gətirib o yerə çatdırdı ki, münaqişə hərbi müstəviyə keçdi və indi Qarabağ Azərbaycandır, həm daxili qanuni hüquqa, həm də BMT nizamnaməsinin 51 ci maddəsinə əsasən.

Mənbə: www.realtv.az