Roma Papası homoseksualizmi dəstəklədi! – Bircinsli nikaha xeyir-dua verdi

Roma Papası homoseksualizmi dəstəklədi! – Bircinsli nikaha xeyir-dua verdi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Roma Papası Fransisk ilk dəfə olaraq bircinsli vətəndaş ittifaqını (homoseksualizmi) dəstəkləyib. Bu barədə baş keşiş «Françesko» adlı tammetrajlı sənədli film üçün verdiyi müsahibədə bəyan edib. Filmin premyerası oktyabrın 21-də Roma kinofestivalında baş tutub.

«Bloomberq»in xəbər verdiyi kimi, Papanın bu «bəyənməsi» filmin ortalarına təsadüf edir. Orada baş keşişin özünün maraq dairəsində olan ətraf mühit, kasıblıq, miqrasiya, irqi qeyri-bərabərlik, gəlirlərin bərabər olmaması və diskriminasiyadan ən çox zərər çəkən insanlar barədə məsələlər yer alıb.

«Homoseksual insanlar ailədə olmaq hüququna malikdirlər. Onlar da Allahın övladlarıdır. Bizə vətəndaş ittifaqı barədə qanun lazımdır ki, onlar (homoseksuallar - Red.) qanunla qoruna bilsinlər» - Fransisk bildirib.

Qeyd etmək lazımdır ki, hələ Buenos-Ayresin arxiyepiskopu olan vaxtlar Fransisk artıq eynicinsli cütlərin vətəndaş ittifaqını bircinslilərin kəbininə alternatv olaraq dəstəkləyib. Ancaq o, kütlə qarşısında Papa kimi bunu ilk dəfədir ki, dilə gətirib.

Beləliklə, Papanın bu dəstəyi sayəsində xristian dünyası Allahın qəzəbinə - «kütləvi qısırlığa» doğru bir addım da yaxınlaşmış oldu.

Mirzə AĞ

AzPolitika.info

Mənbə: azpolitika.info