ABŞ-da prezidentliyə namizədlərin sonuncu debatı keçirilir - CANLI

ABŞ-da prezidentliyə namizədlərin sonuncu debatı keçirilir - CANLI

Respublikaçı Prezident Donald Tramp və onun Demokrat rəqibi, sabiq vitse-prezident Co Bayden cümə axşamı sonuncu debata çıxırlar. Naşvill şəhərində yerləşən Belmont Universtietində təşkil olunan bu debat 3 noyabrda keçiriləcək seçkilər ərəfəsinə təsadüf edir.

Hər ikisi 70 yaşlarında olan namizədlər sentyabrın sonunda keçirilən ilk debatda dəfələrlə bir-birlərinin sözünü kəsdilər. Bəzi amerikalı müşahidəçilər həmin 90 dəqiqəlik debatı ABŞ tarixində ən bərbad prezident debatı adlandırmışdılar.

Bu dəfə Prezident Debatları üzrə Müstəqil Komissiya NBC Xəbərlər proqramının aparıcısı Kristen Vokerin moderatorluq edəcəyi debatda namizədlərin 6 mövzuda verilən suallara 2 dəqiqəlik cavab verə bilməsi üçün biri danışan vaxt digərinin mikrofonunu söndürəcəklər.

Mənbə: www.amerikaninsesi.org