"Navalnı yalnız mənim xahişimdən sonra Berlinə göndərildi..."

"Navalnı yalnız  mənim xahişimdən sonra  Berlinə göndərildi..."

"Əgər iqtidar Navalnını zəhərləmək istəsəydi, hər halda onu müalicəyə buraxmazdı..."

Rusiya prezidenti Vladimir Putin bu gün nəhayət Aleksey Navalnı məsələsi ilə bağlı açıqlama yayıb.

Kremlin rəhbəri Aleksey Navalnının Omskda zəhərlənmə hadisəsindən sonra şəxsən Baş prokurora onun Almaniyaya köçürülməsi tapşırığını verdiyini söyləyib.

Putin müxalif siyasətçinin haqqında qaldırılan cinayət işləri və məhkəmə icra qərarları ilə əlaqədar xarici ölkəyə çıxmaq məhdudiyyətinə malik olduğunu xatırladıb.

“Həmin vətəndaşın həyat yoldaşı mənə müraciət etdikdən sonra baş prokurordan onun xaricə buraxılması imkanlarının yoxlamasını istədim.

Daha sonra İqor Krasnovdan icazə verilməsini xahiş etdim və bunun sayəsində o, gedə bildi”,-deyə Rusiya lideri söyləyib.

V.Putinin sözlərinə görə, əgər iqtidar Navalnını zəhərləmək istəsəydi, hər halda onu müalicəyə buraxmazdı.

Musavat.com

Mənbə: moderator.az