Azərbaycan Ordusu vacib ərazi və yüksəkliklər ələ keçirib - RƏSMİ

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər ələ keçirilib.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.

Bizi telegramda izləyin:

 https://t.me/aqreqator_resm

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İsrail qırıcıları Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

SONRAKI XƏBƏR

Türkiyə mediası: Azərbaycan xalqı Ermənistanın vəhşiliyinə qarşı daha sıx birləşir