Seçkilərə 10 gün qaldı – Tramp və Bayden amerikalılara - NƏ VƏD EDİR? – MÜQAYİSƏ

Seçkilərə 10 gün qaldı – Tramp və Bayden amerikalılara - NƏ VƏD EDİR? – MÜQAYİSƏ

Cəmi 10 gündən sonra dünyanın ən güclü, ən varlı və ən böyük təsirə malik ölkəsində – ABŞ-da prezident seçkiləri keçiriləcək. Artıq 100 ilə yaxındır ki, ABŞ-da dövlət başçısının dəyişməsinin və yeni siyasətin nəticələrini nəticələri təkcə amerikalılar deyil, bütün dünya hiss edir. Ona görə də ABŞ-da prezident seçkilərinin necə başa çatacağını bütün planetdə səbirsizliklə gözləyirlər.

FED.az xatırladır ki, bu dəfə prezidentliyə namizədlər - ümumi yaşı 160-a yaxın olan iki veterandır. 2-ci dəfə prezidentliyə can atan respublikaçı Trampın (74 yaş) rəqibi, bir neçə il əvvəl ölkənin ikinci adamı olmuş demokrat Co Baydendir (78 yaş).

Amerika tarixində ən qalmaqallıf seçkilərdən biri olacağı şübhə doğurmayan bu ilki kampaniyada tərəflər əsas məsələlərlə bağlı mövqelərini açıqlayıblar. Beləliklə

İqtisadiyyatın bərpası planları

Donald Tramp: ABŞ-ın hazırki prezidenti öldkə iqtisadiyyatının tezliklə ayağa qalxması üçün vergiləri növbəti dəfə azaltmağa hazırlaşır. «Mən zəşmətsevər amerikalılar üçün vergiləri bir qədər də azaldacam, vergiləri artırmayacam, onları azaldacam, özü də ciddi şəkildə»-Tramp deyir.

ABŞ prezidenti seçkidən sonra qarşıdakı 10 ay ərzində 10 mily1on yeni iş yeri yaradacağını vəd edib, hərçənd bununla bağlı konkret planlarını açıqlamayıb. Yalnız o məlumdur ki, istehsalı xarici ölkələrdən ABŞ-a köçürən şirkətlər həvəsləndiriləcəklər, xüsusilə də zavodları Çindən ABŞ-a köçürənlər.

Co Bayden: Prezidentliyə namizəd Bayden isə əksinə, varlılar və iri şirkətlər üçün vergiləri artıracağını elan edib. O bildirib ki, artım nəticəsində toplanan trilyonlarla pullar milli infrastrukturun yenilənməsinə, mənzillərin və uşaqlara qayğının daha əlçatan olmasına, eləcə də təhsilin yaxşılaşmasına sərf ediləcək.

«Mənim iqtisadi planım iş yerlərinə, ləyaqət və hörmətə köklənib. Biz iqtisadiyyatı birlikdə dirçəldəcəyik. Biz bunu daha yaxşı edəcəyik»-deyib Bayden.

Vergi yükü

Donald Tramp: ABŞ-ın indiki prezidentinin üstündə durduğu əs as plan sərbəst bazarlardır. Onun fikrincə, biznesin yükü nə qədər az olsa, iqtisadiyyat o qədər yaxşı işləyəcək, özü də bu təkcə pandemiya dövrünə aid deyil.

Trampın planlarına görə, ölkə əhalisinin bütün təbəqələri üçün vergilər azaldılacaq, Demokrat partiyası isə buna görə onu tənqid edir. Demokratlar bildirir ki, prezidentin vergi islahatlarının xeyrini ən çox «milyonçular və milyardçılar» hiss edəcək.

Co Bayden: Demokratların namizədi isə vergiləri artırmaq niyyətindədir. Üstəlik o, illik gəliri 400 min dollardan artıq olanların vergidən yayınmasının da qarşısını alacaq. Bundan başqa, Bayden hesab edir ki, kapitalın artımını və 1 milyon dollardan artıq dividend gəlirini vergiyə cəlb etmək lazımdır. Keymiş vitse-prezidentin komandası qarşıdakı 10 ildə vergi daxil olmalarını 4 trilyon dollar artırmaq və bununla da ölkə iqtisadiyyatını dirçəltmək istəyir.

Karantindən çıxış

Donald Tramp: ABŞ-ın indiki prezidenti əvvəllər karantindən mümkün qədər tez çıxmağın tərəfdarı idi. Çünki seçkiqabağı dövrdə iqtisadi vəıziyyət çox vaxib amildir, COVID-19 pandemiyası isə ABŞ iqtisadiyyatına böyük zərbə vurub.

Buna görə də Trampın planlarına görə, 2020-ci ilin payızında vaksin tapılmalı və artıq gələn il amerikalılar normal həyata qayıtmalıdırlar. O vaxta qədər isə Tramp yeni karantinlər tətbiq etmək niyyətində deyil. Hərçənd bu məsələ Trampdan çox ştatların qubernatorlarının qərarlarından asılıdır.

Yeri gəlmişkən, seçki qabağı Trampın özü də virusa yoluxub, tezliklə sağalsa da, COVID-19-a tutulması onu seçicilərlə çoxsaylı görüşlər keçirmək planını pozub.

Co Bayden: Baydenin koronavirusu qarşı planları fərqlidir. Onun sözlərinə görə, Amerika belə ciddi təhlükəyə qarşı birləşməli və vahid cavab verməlidir. Bayden bildirib ki, seçilsə, dərhal komissiya yaradaq ki, pandemiya ilə mübarizə üçün böyük plan hazırlasın.

Bundan başqa, Bayden kasıblar üçün koronavirusun diaqnostikası və müalicəsi maneələrini aradan qaldırmaq niyyətindədir.

«Black Lives Matter» etirazları

Qara dərili Floydun həbsi zamanı polisin əlində həlak olması və bundan sonra başlayan etiraz dalğasına da namizədlərin baxışı fərqlidir.

Donald Tramp: Son vaxtlar ABŞ prezidenti «Black Lives Matter» etirazlarının iştirakçılarına qarşı maksimal sərt mövqe tutub. Debatlarda da bəyan edib ki, qanun və qaydanı qorumaq hər şeydən üstündür. Tramp polisin maliyyəsinin azalmasına qətiyyən razı deyil və bəyan edir ki, onların dəstəyi ilə fərx edir. O bildirib ki, ikinci müddətə seçilsə, iğtişaşlar zamanı baş verən qarət məsələlərini araşdıracaq.

Co Bayden: Hesab edir ki, Trampın mövqeyi «odun içərisinə benzin tökməkdir» və prezident qarşılıqlı nifrəti gücləndirir. Hərçənd, etiraz iştirakçılarına simpatiyasını gəzlətməyən Bayden də polisin maliyyəsinin azaldılmasına razı deyil. «Bu ölkədə təhsildə, iş yerlərində və polisdə sistemli ədalətsizlik var. Amma polislərin əksəriyyəti yaxşı, namuslu kişi və qadınlardır. Onlar hər gün bizə görə həyatları ilə risk edirlər, amma pisləri də var və onlar məsuliyyətə cəlb olunmalıdırlar.

İmmiqrasiya, ölkəyə xaricilərin buraxılması

Donald Tramp: Trampı immiqrantların bir nömrəli əleyhdarı saymaq olar. Hələ 2016-cı ildə keçirilən seçkilərdə qanunsuz miqrasiyanın qabağını almaq və immiqrasiya qaydalarını sərtləşdirmək Trampın əsas planlarından biri idi. Prezidentin mövqeyi indi də dəyişməyib.

Koronavirusun ilk dalğası dövründə Tramp ölkəyə immiqrasiyanı və ümumiyyətlə ABŞ-a səfərləri kəskin məhdudlaşdırıb. Onun sözlərinə görə, bu addımlar yüksək işsizlik şəraitində, iş yerlərini amerikalılar üçün qorumaq məqsədi daşıyır. Hərçənd, bu qadağa yalnız o xaricilərə aid oldu ki, hələlik ABŞ-a köçmək üçün müraciət etməyiblər, yəni icazəsi - vizası və ya indiyədək «qrin kart» almaş şəxslər Amerikaya gələ biləcəklər.

Bundan başqa, Trampın tətbiq etdiyi yeni qaydalara görə, rəsmi şəxslər ABŞ və Meksika sərhədində tutulan miqrantları dərhal ölkədən çıxara biləcəklər. Üstəlik Tramp Meksika ilə sərhəddə 443 kilometr divar tikib, ilin axırınadək daha 720 kiloimetr divar tikiləcək.

Co Bayden: Baydenin bu məsələyə münasibəti fərqlidir, o – miqrantlara qarşı daha humanist siyasət yürütmək niyyətindədir və vəd edib ki, Trampın bu sahədəyi sərt tədbirlərini ləğv edəcək.

Trampın bir qədər əvvəlki sərt tədbirləri zamanı Bayden yazmışdı ki, prezident bu addımı ilə pandemiyada apardığı uğursuz siyasətdən fikri yayındırmaq istəyir. Onun fikrincə, immiqrantlar «Amerika iqtisadiyyatını inkişaf etdirir və yeni iş yerləri yaradırlar». Bayden bildirib ki, prezident seçilsə miqrantların ölkədənq çıxarılmasını 100 gün müddətində dayandıracaq, amma bundan sonra nə olacağını deməyib.

Bayden onu da deyib ki, Trampın inşa etdirdiyi divarı sökməyəcək, amma yenisini təkmək niyyəti də yoxdur. Əvəzində o sərhədlərin qorunmasına diqqəti artıracaq.

Rusiyaya münasibət

Donald Tramp: Hazırda ABŞ-Rusitya əlaqələri bəlkə də tarixdə ən pis nöqtədə olsa da, Tramp Rusiyaya qarşı neqativ mövqedə deyil. Demokratlar isə əksinə, hesab edirlər ki, keçən prezident seçkilərini onlar Rusiyanın kənardan təsiri ilə uduzublar. Hərçənd qeyd etmək lazımdır kpi, Trampın Rusiyaya qarşı müsbət ritorikasına baxmayaraq, real siyasət Rusiyaya qarşı yönəlib.

Co Bayden: Baydenin Rusiyaya münasibətinin necə olduğu sirr deyil. Demokrat namizəd ABŞ-ın baş prokurorunun çıxışı ilə razı deyil. Çünki proqkuror demişdi ki, ABŞ-ın daxili işlərinə Rusiya deyil, Çin qarışmaq istəyir. Onun fikrincə, Pekini seçkilərə ən byöük təhlükə sayanlar haqsızdırlar: «Bizim seçkilərə qarışan və bunu davamlı edən ölkə Rusiyadır»-deyib Bayden.

Bayden Trampı daima Rusiyaya qarşı yumşaq mövqeyinə görə tənqid edir, hətta bir dəfə onu «Putinin küçüyü» adlandırıb. O açıq bildirir ki, prezident seçilsə, Kremlə təzyiqi artıracaq. Ekspertlər də hesab edir ki, Bayden prezident olsa, AĞBŞ-Rusitya münasibətləri düzələn deyil,

Çinlə münasibətlər

Donald Tramp: Son vaxtlar Tramp administrasiyası və Çinin münasibətləri kəskin pisləşib. COVID-19 pandemiyası ilə yanaşı, ikili münasibətlərdə digər problemlər «Honqkonq məsələsi», Cənubi-Çin dənizi ərazisinə iddialar, Tayvan, Tibet və Sinszan–Uyğur muxtar rayonudur.

Tramp hesab edir ki, Kommunist Çini dünyaya təhlükədir. Prezident koronavirusun yayılmasına görə də günahı Çində görür – onun fikrincə, bu hadisə nəticəsində milyonlarla amerikalı işlərindən və gəlirlərindən məhrum oldular.

Bununla yanaşı, Tramp deyir ki, o dünyada Çinin qarşısını ala biləcək və onu yeni ticarət müqaviləsinə tabel olmağa məcbur edən yeganə insandır. Çinə baş əyən demokratlar isə «sadəcə axmaqdırlar» -deyir Tramp.

Co Bayden: Trampın bəyanatına baxmayaraq, əslində Baydenin Çinlə bağlı fikirləri indiki prezidentdən çox da fərqlənmir.

«Baydenin Çinlə bağlı yeni siyasəti necə oolacaq? Bu Trampa çox oxşayacaq» - yazır «The Wall Street Journal». Qəzetin fikrincə, Bayden qalib gəlsə Trampın Pekinə qarşı siyasətini davam etdirəcək.

Təsadüfi deyil ki, Baydenin qərarcağı onun prezident seçiləcəyi təqdirdə Trampın Çinə qarşı tətbiq etdiyi yeni rüsumları ləğv etməyəcəyini açıqlayıb.

Mənbə: fed.az