Avropa koronavirusa yoluxanların sayına görə rekordlar qırır

Avropa koronavirusa yoluxanların sayına görə rekordlar qırır

Son bir gündə Fransa pandemiyanın başlanğıcından bəri koronavirus hadisələrinin sayında maksimum artımı qeyd edib, 41 mindən çox yoluxma olub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Euronews telekanalı yayıb.

Məlumatlar hökumətin ölkənin əksər departamentlərinə komendant saatı verdiyini elan etdikdə açıqlanıb. Baş nazir Jean Kasteks, xüsusilə Avropadakı və Fransadakı epidemiya vəziyyətini “çətin” və “həyəcan verici” olaraq xarakterizə edib:

EKomendant saatı 54 departamentdə və daha bir xarici ərazidə tətbiq ediləcək. Ümumilikdə 46 milyon vətəndaşa təsir edəcək. Virus sürətlənir, buna görə planlaşdırılan əməliyyatı daha sürətli görməliyik. Bu məhdudiyyətlər ciddi bir imtahandır”.

Reanimasiya şöbəsində olan keçmiş Baş nazir Sophie Vilmes də daxil olmaqla üç mindən çox COVID-19 xəstəsi Belçikada xəstəxanaya yerləşdirilib. Onun sözçüsü siyasətçinin şüurlu olduğunu və “özünü nisbətən yaxşı” hiss etdiyini söyləyib.

Hökumət qeyd edir ki, xəstələrin sayı indiki tempdə artarsa, noyabr ayının ortalarına qədər reanimasiya şöbələri çarpayı çatışmazlığı ilə üzləşəcəkdir.

Almaniyada yoluxma Belçikadan aşağıdır, üstəlik Fransadan da daha azdır, ancaq orada da pandemiya başladığından bu yana nisbətlər hər zamankındən daha pisdir. Koch institutuna görə, gündə 11 mindən çox yeni koronavirus infeksiyası qeydə alınıb.

Bu fonda Alman hökuməti, Avropanın epidemik cəhətdən təhlükəli bölgələrinin siyahısını genişləndirib. Lissabon, Dublin və Kopenhagen kimi şəhərlərlə yanaşı, Avstriya, İtaliya və İsveçrədəki məşhur xizək kurortlarını da əhatə edib. “Qırmızı zonalar” adlanan ərazidən Almaniyaya qayıtdıqdan sonra koronavirus testi aparmaq və nəticə alınana qədər karantinə riayət etmək lazımdır.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az