Polşada ötən gün 12 min yoluxma qeydə alınıb

Polşada ötən gün 12 min yoluxma qeydə alınıb

Polşda son sutka ərzində 12.100-dən çox insan koronavirusa yoluxub. 168 nəfər isə pandemiya səbəbiylə vəfat edib.

REAL xəbər verir ki, ölkənin həkimləri xəstəxanalarda yer çatışmazlığı barədə şikayətlər ediirlər.

Ötən gün Hökumət Varşavadakı Milli Stadionu səhra xəstəxanasına çevirdiyini bildirib. Lakin, Polşada həkim çatışmazlığından da şikayətlər var. Xüsusilə mütəxəssis qıtlığı olduğu deyilir.

Ölkənin səhiyyə naziri Adam Niedzielski ölkədə koronavirusa yoluxmanın artmasının səblərindən biri kimi məktəblərin sentyabrda açılmasında görür.

Qeyd edək ki, polşada virusa yoluxanların ümumi sayı 214 mini ötüb.

 

Mənbə: www.realtv.az