Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara tətbiq edilən qadağasını araşdırır

Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara tətbiq edilən qadağasını araşdırır

Bakı. Trend:

Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycan vətəndaşlarının "Pobeda" aviaşirkətinin xidmətlərindən istifadəsinə qadağa məsələsini araşdırır.

Bu barədə səfirlikdən Trend-in müraciətinə cavab olaraq bildiriblər.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videomaterialda bir qrup Azərbaycan vətəndaşının Rusiyada hava limanına gəlməsi yer alıb. Onlar "Pobeda" aviaşirkətinin biletlərini almaq istəyərkən, qeydiyyat zamanı Azərbaycan vətəndaşlarına uçuş icazəsi olmadığı deyilib. Əks halda hər bir Azərbaycan vətəndaşı üçün 700 avro cərimə nəzərdə tutulduğu bildirilib. Həmin şirkətdən bilet almış təxminən 20-30 azərbaycanlı uçuşdan kənar qalıb.

Mənbə: az.trend.az