İrəvandan etiraf: Səhiyyə sistemi iflic oldu

İrəvandan etiraf: Səhiyyə sistemi iflic oldu

Ermənistanda koronovirusun bu tərzdə yayılması artıq səhiyyə sisteminin iflicinə gətirib çıxarır.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Romella Abovyan deyib. O, Ermənistanda “İtaliya modelinin” yaranma təhdidinin olduğunu bildirib.

Onun sözlərinə görə, ölkədə elə bir situasiya formalaş bilər ki, həkimlər koronavirus xəstəsi və ya yaralı əsgər arasından kimi xilas etmək seçimi qarşısında qala bilərlər.

Mənbə: avropa.info