Erməni komandirlər döyüşmək üçün əsgərlərə yalvarır - VİDEO

Erməni komandirlər döyüşmək üçün əsgərlərə yalvarır - VİDEO

Azərbaycan Ordusunun irəliləməsini dayandıra bilməyən erməni əsgərləri döyüş mövqelərini tək etməkdədirlər. Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı dəfələrlə videomateriallar yayıb. Bu dəfə isə erməni əsgərlərinin döyüşdən qaçmağına dair videogörüntülər türkiyə mediasında yer alıb.

Yenisabah.az xəbər verir ki, əsgərlərin cəbhədən qaçmasına mane olmaq istəyən daha bir erməni komandirin motivasiyaedici çıxış etdiyi videogörüntü yayılıb. Bu zaman əsgərlərdən birinin gülməsi xüsusilə diqqət çəkib. Görünür, erməni əsgərlər komandirlərinin "vətənpərvərliyinə", yalanına gülüşlə cavab verirlər.

Xatırladaq ki, qondarma rejimin "prezident"i Arayik Harutyunyan da ötən həftələrdə bu cür bir hadisə yaşamışdı. O, cəbhədən qaçmaq istəyənlərin qarşısına keçərək qalmaları üçün yalvarmışdı.

Onu da əlavə edək ki, Ermənistanın 27 sentyabrda yaşayış yerləri isə atəş açması ilə başlayan döyüşlərin 4 gün sonra bir ayə tamam olacaq. Bu müddət ərzində İravən rəhbərliyi iki dəfə atəşkəs istəsə də, iki atəşkəsi də pozaraq mülki vətəndaşlarımıza qarşı raket hücumu təşkil edib. Azərbaycan Ordusu isə buna cavab olaraq əks-hücum əməliyyatını davam etdirib və bu günədək təxminən 200 yaşayış məntəqəsini işğaldan azad edib.

 

 

Mənbə: yenisabah.az