Maksim Şevçenko: “Ermənistan Qarabağda müharibə apardığını etiraf etməlidir” - VİDEO

Maksim Şevçenko: “Ermənistan Qarabağda müharibə apardığını etiraf etməlidir” - VİDEO

“Ermənistandan fərqli olaraq, hazırda Azərbaycanda ruslar, talışlar, ləzgilər, gürcülər, yəhudilər, avarlar, udinlər, hətta ermənilər özü yaşayır. Heç biri də bu günə qədər sıxıntı görməyib. Paşinyansa deyir ki, “azərbaycanlılar Ermənistanda yaşamasın”. Fərqə baxın.”

Bu sözləri Rusiyalı ekspert Maksim Şevçenko Baku TV-yə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan Qarabağda müharibə apardığını etiraf etməlidir. Çünki hazırda bir neçə rayonda hərbi qarşıdurma var. Bu qədər ərazidə heç olmasa, hər kilometrə bir əsgər qoymağa Qarabağın gücü çatmaz.

Mənbə: www.oxu.az