Ərəblərdən Trampı əsəbiləşdirəcək addım

Ərəblərdən Trampı əsəbiləşdirəcək addım

Səudiyyə Ərəbistanı Çinin texnologiya nəhəngi “Huawei” ilə müqavilə imzalayıb.

Bu əməkdaşlığın “Huawei”ə qarşı müharibə elan etmiş ABŞ prezidenti Donald Trampı hiddətləndirəcəyi güman olunur.

Bizimyol.info xəbər verir ki, Ağ Ev “Huawei”in Amerikada fəaliyyətini əngəlləməyə yönəlik addımlarla atmaqla yanaşı, müttəfiq ölkələrə də bu şirkətlə əməkdaşlıq etməməli üçün təzyiq göstərir.

Səudiyyə Ərəbistanının Süni İntellekt Mərkəzinin əməkdaşı Məcid Altuvaijri deyib ki, layihə çərçivəsində artıq işə başlayıblar, ərəbcə yazıb-oxuma bacarığı olan məhsulları inkişaf etdirəcəklər. O, ərəbcə süni intellekt məhsullarının az olduğunu vurğulayaraq, ölkə olaraq, bu məsələdə də liderliyi hədəflədiklərini söyləyib.

“Huawei”in Orta Asiya üzrə bölmə rəhbəri Çarlz Yanq bildirib ki, süni intellekt, 5G və bulud texnologiyasını Səudiyyə Ərəbistanının yeni rəqəmsal iqtisadiyyatının motoru edəcəklər.

Mənbə: www.bizimyol.info