Ermənilərin qırılmasını istəmirsənsə... TƏHLİL

Ermənilərin qırılmasını istəmirsənsə... TƏHLİL

Lavrovun şübhəsiz ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə müzakirə üçün mövzuları çoxdur. Əvvəla, Moskvanın bir neçə gün əvvəl müzakirə etdiyi atəşkəsə əməl olunmur, əlbəttə ki, Ermənistan tərəfindən. Azərbaycanın bu məsələyə aydınlıq gətirmək imkanları çox genişdir və təqdim edəcəyi faktlar, sübutlar da yetərincədir. Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, hətta axırıncı dəfə Qəbələyə, Kürdəmirə Ermənistan tərəfinin atılan raketlər, dinc, mülki əhalinin hədəfə alınması ermənilərin atəşkəsi həyasızcasına pozduğunu təsdiqləyən faktlar, sübutlardır. Məhz elə bu baxımdan ən azından müzakirə üçün bu mövzu hələ də var.

Üstəlik, Azərbaycan Prezidentinin, “işğal edilmiş ərazilər tam azad olunmayana qədər müharibə bitməyəcək” sözü kifayət qədər rezonans doğurub və ermənilər ruslara hələ çox yalvarmalı olacaqlar. Rəsmi Moskva isə danışıqlar masasına tərəfləri yalnız dəvət edə bilər. Bundan sonrası heç şübhəsiz ki, Rusiya tərəfindən qərarlaşdırılmır və Azərbaycan öz Ali Baş Komandanının da qeyd etdiyi kimi, işğal edilmiş ərazilər tam azad olunmayana qədər müharibəni bitirməyəcək, yaxud dayandırmayacaq.

Moskvanın atdığı addımlar bəllidir. Mnasakanyan və Bayramovun Moskvaya bugünkü səfərinin və Lavrovla görüşlərinin nəticələri əvvəlkindən nə ilə isə fərqlənəcəyini artıq gözləyən yoxdur. Təbii ki, ermənilərdən, Ermənıstan tərəfindən başqa. Bu da suda böğulanın saman çöpünə əl üzatması və eləcə də ümidlərin ən sonda məhv olması zərb məsəllərinə müvafiq şəkildə izah edilə bilər ki, ermənilər, ələlxüsus Ermənistanın işğalçı rejimi indi sadəcə möcüzələrə ümid edir.

İşğalçı rejim bilməlidir və qəbul etməlidir ki, Nikol Paşinyanın iki il bundan öncə “fırlatdığı” və nəticədə işə yarayan “sehirli çabuğu” bu dəfə kara gələn deyil. Bir də axı bu qədər çağırışlardan sonra, işğal edilmiş torpaqlardan çəkilib getmələri təkliflərindən sonra bu toplum niyə belə əl-ayağa düşüb? Deməli, nə yardan doyur, nə də əldən qoyurlar. Bir sözlə, torpaq qoparmaq, işğal və zəbt etdikləri torpaqların dörd əllə saxlanılması arzusunda olduqları göz önündədir. Özləri hamıdan yaxşı bilə-bilə ki, özgə torpaqları uğrunda vuruşurlar, bu baxımdan da əbəs yerə vətəndaşlarını qırğına verirlər, hələ bir “üz” də tapıb gedib ruslara “böyük qardaş” deyirlər və yalvarırlar ki, onarı Azərbaycan Ordusunun əlindən xilas etsinlər. Adama deməzlərmi ki, ay sifətsiz, ay ikiüzlü, ermənilərin qırılmasını istəmirsən rədd ol Azərbaycan torpaqlarından?

Ola bilsin ki, Moskva, əvvəllər Lavrovun qeyd etdiyi razılaşmalar çərçivəsində danışıqları hələ çox davam etdirəcəkdir. Amma Dağlıq Qarabağda Azərbaycan Ordusuna qarşı döyuüşməyə qalxan erməni əsilliləri xilas etməyəcək. Əksinə, ermənilər nə qədər ki, Lavrovun ağzının içinə baxacaqlar, bir o qədər çox canlı qüvvə itgisi verməli olacaqlar. Çünki, Lavrov onların, yaxud Azərbaycanın əvəzinə qərar verə bilməyəcək. Bu səlahiyyət onda yoxdur. Deməli, öz talelərini özləri həll etməlidirlər.

Məsəl var, deyərlər ki, “ağılsız baş sahibinə donuz güddürər”. Təsəvvür edəndə ki, Nikol Paşinyanın timsalında, Dağlıq Qarabağdan dörd əllə yapışıb, oradan çıxmaq istəməyən bu ermənilər gah diplomatik danışıqların mümkünsüzlüyünü bəyan edirlər, gah Mnasakanyanı Moskvaya danışıqlara göndərirlər, ABŞ, Rusiyaya, Fransa prezidentlərinə yalvarırlar, gah da müharibə ritorikası ilə sərsəm bəyanatlar verirlər. Özləri özlərini başa düşməyən bu başszların mövqeyini Lavrov biçarə necə başa düşsün axı?

Xatırladaq ki, son ümidlərinin Rusiya olduğu qənaətində olanlar, torpaq iddiasında, Ermənistanın ərazilərini kimlərə isə məxsus torpaqlar hesabına böyütmək arzusunda, niyyətində olanlar yaxşı olardı ki, stereotiplərini qırsınlar. Oturduqları yerdə otursunlar. Yoxsa bundan da məhrum ola bilərlər. Axı oturduqları, məskunlaşdıqları torpaqlar da onların özlərinin deyil və məhz İrəvan xanlığına məxsus həmin ərazilər də Azərbaycana məxsusdur.

Mənbə: sia.az