Paşinyan öz əhalisini girov saxlayır (VİDEO)

Paşinyan öz əhalisini girov saxlayır (VİDEO)

Ermənistan bu dəfə hərbi cinayətlərinə geyindirdiyi donu öz əyninə biçdi.

Litvalı fotojurnalist Vidmantas Balkunasın qeydləri ilə tanış olandan sonra biləcəksiniz ki, Ermənistan hökuməti nəinki Gəncə, Mingəçevir, Tərtər və digər şəhərlərimizi, hətta öz əhalisinin yaşadığı məkanları da hədəfə çevirməkdən çəkinmir.

Materialları delfi.ru portalında işıq üzü görən Balkunas Ermənistanda və münaqişə bölgəsində gördüklərindən dəhşətə gəlib.

Başlayaq fotojurnalistin bölgəyə gəlişindən. Balkunasın qeydərindən sitat. Dağlıq Qarabağa gələnə kimi nəqliyyatla təmin olunduq. Bundan sonra biz maşından düşdük və bizə bildirildi ki, qalan yolu qət etmək üçün özümüz həm nəqliyyat vasitəsi, həm də bələdçi tapmalıyıq. Bələdçi və maşının taplması üçün bir neçə yüz avro xərcləməli olduq. Ermənistan hökuməti hətta belə vəziyyətdə də öz büdcəsini doldurmağı düşündü. Normaldan 3 dəfə artıq pul xərcləməklə Dağlıq Qarabağa gəldik. Burada öyrəndim ki, erməni jurnalistlərin və blogerlərin yazdıqları yalanların hüdudu yoxdu. Əslində biz material hazırlamaq üçün dağıntı olan yerlərə gətirilməli idik. Gəldiyimiz yerdə isə yalnız tamaşanın şahidi oldum. Jurnalistlər material hazırlamaq üçün vəziyyəti səhnələşdirməyə başladılar. Kimsə yalandan yerə uzanıb sürünü-sürünə guya bu ərazinin bombalandığı görüntüsünü yaratmağa baladı. Digər jurnalist divara söykənə-söykənə kameraya guya ölümlə üz-üzə qaldığını dedi.

Litvalı fotojurnalistin maraqlı qeydləri bundan sonra başlayır. Balkunas qeyd edir ki, Xankəndi və Şuşada dağıntılar təqdim olunduğundan qat-qat azdır. Halbuki İrəvanda bizə deyirdilər ki, Xankəndində salamat ev qalmayıb. Biz bütün şəhəri gəzdik və bəzi yerlər istisna olmaqla ciddi dağıntılar görmədik. Litvalı jurnalistin Şuşadakı kilsənin vurulması ilə bağlı dedikləri isə işğalçının niyyətini ortaya qoyur. Sitat. İnternetdə hərbçilərin kilsədə dua etməsi zamanı çəkilən görüntülər yerləşdirilmişdi. Ermənistan bunu kilsəni hədəfə çevirmək üçün etmişdi. Daha sonra kilsə dağıdıldı. Üstəlik partlayışın nəticələrinin aradan qaldırılması üçün Ermənistan tərəfi heç nə etmədi. Bu səhnə də xaricdən gələn jurnalistlərə təqdim olunmaq üçün hazırlanmışdı. Buradakı mədəniyyət evinin dağılmasına da Ermənistan tərəfi şərait yaratmışdı. Ermənilər mədəniyyət evini hərbi məqsədlər üçün istifadə edərək buranı komanda mərkəzinə çevirmişdi. Mədəniyyət evində əsgər formaları və dəbilqələr gördük. Bu isə o deməkdir ki, ermənilər bu obyekti də hərbi məqsədlər üçün istifadə etməklə onu qəsdən hədəfə çeviriblər.

Litvalı fotojurnalistin diqqətini çəkən digər məqam Erməni hərbçilərin mülki əhali ilə birgə sığınacaqlarda gizlənməsi olub. Sitat. Xankəndində hərbçilərin sıravi vətəndaşlarla eyni zirzəmidə gizləndiyini gördüm. Əgər hərbçilər adi insanlarla eyni yerdə qalırsa o zaman mülki obyektlərin hədəf alınması iddiası nə dərəcədə düzgündür.

Üstəlik Ermənistan hərbi rəhbərliyi raket sistemlərini yaşayış binalarının arasında gizlədir. Bununla da həmin binalar avtomatik hədəfə çevrilir. Əgər sən belə bir oyun qurursansa onun şərtləri və nəticələri ilə də razılaşmalısan. Təbii ki, Azərbaycan tərəfi bu raket sistemlərini vurmalıdır və belə olan halda mülki əhalinin də xəsarət almaması mümkün deyil. Şəhərdə S300 raketinin olması isə ümumiyyətlə izaholunmaz bir şeydir. Əgər qarşı tərəf bunu bilsə dərhal haqlı olaraq atəş açacaq.

Xülasə Ermənistan höküməti hərbi cinayətlərindən çəkinmir. Paşinyan faşizm ideyalarını reallaşdırmaqla məğşuldur. Bu dəfə qurban ermənilərin özüdür.

 

Mənbə: www.realtv.az