“Qarabağda müharibəni dayandırın” - Qondarma rejimin rəhbəri Putinə yalvardı...

“Qarabağda müharibəni dayandırın”  - Qondarma rejimin  rəhbəri Putinə yalvardı...

Azərbaycan Ordusu qarşısında aciz vəziyyətə düşən Qondarma Dağlıq Qarabağın dırnağarası “prezidenti” Arayik Harutyunyan bu dəfə Putinə məktub ünvanlayıb.

Moderator.az xəbər verir ki, A.Harutyunyan məktubunda Qarabağın Çar Rusiyansının bir hissəsi olduğunu deyərək, Putindən müharibəni dayandırmasını istəyib.

O, Putinə yazdığı məktubunda , “Rusiyadan Azərbaycanın Qarabağda apardığı genişmiqyaslı əməliyyatları dayandırması üçün diplomatik səylərini gözləyirik”-deyə Putindən xahiş edib.

A.Harutyunyan Xocalı soyqırımını da ört-basdır etməyə çalışıb və Azərbaycanın Qarabağda qətliam törətdiyini iddia edib:

“Dünyada və bölgəmizdə böyük bir şöhrətə sahibsiniz. Bunu nəzərə alaraq Qarabağda müharibəni dayandırmaq və siyasi prosesi yenidən başlatmaq üçün hər cür səy göstərmənizi xahiş edirik”.

 

 

 

Mənbə: moderator.az