Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

ABŞ Dövlət Departamentinin sədri Pompeo tərəfləri Qarabağda “zorakılığın mahiyyəti” üzrə və dayandırılması ilə bağlı danışıqlara çağırıb.

PİA.az xəbər verir ki, Dövlət Departamentinin sədri Morqan Ortaqus yazılı açıqlamasında bunu bildirib.

Onun sözlərinə görə, dövlət katibi, həmçinin iki tərəfin ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqlara başlanılmasının vacibliyinə inanır.

"Pompeo vurğulayıb ki, zorakılığa son qoymaq və mülki şəxsləri müdafiə etmək lazımdır. Dövlət katibi, həmçinin münaqişənin Helsinki Yekun Aktının prinsiplərinə əsasən, zorakılığa məruz qalmamaq, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyinetmə hüquqlarına təhlükə yaratmamaq üzrə substantiv danışıqlara başlamasının vacibliyini vurğulayıb", - deyə Morqan Ortaqus bəyanatda bildirib.

 

Mənbə: pia.az