"Lazım olan məlumatları aidiyyatı strukturlar yayır”-Deputatdan ÇAĞIRIŞ

"Lazım olan məlumatları aidiyyatı strukturlar yayır”-Deputatdan ÇAĞIRIŞ

“Əziz dostlar, hörmətli vətəndaşlar! Hərbi vəziyyət dövründə hərbi idarəetmə orqanları, habelə digər dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırmadan hərbi məzmunlu məlumatları yaymaqla düşmənə xidmət etmiş olursuz. Uca millətimizə, qalib dövlətin vətəndaşına yaraşarmı bu?"

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib. Deputat qeyd edib ki, bu fotoları, videoları yayan vətəndaşlarımızın mütləq əksəriyyətinin qərəzsiz və xoş niyyətinə heç kimin şübhəsi yoxdur:

“Lakin, anlamalıylq ki, bu xoş niyyətinizdən düşmən məharətlə istifadə edir. Ona görə də, Müdafiə Nazirliyinin yaydığı foto, video və məlumatlardan başqa heç nə yaymayın. Dövlətin lazım bildiyi məlumatları aidiyyatı strukturlar yayır.

Bundan kənara çıxan, bu istiqamətdə özfəaliyyətlə məşğul olan hər bir insan bilsin ki, hərbçilərimizin şəhid olmasına, dinc sakinlərin atəşə tutulmasına, mülki obyektlərin dağıdılmasına görə məsuliyyət daşıyır”.

 

Mənbə: cebhe.info