“Ermənilərə beynəlxalq dəstək azalır”-“Borçalı” cəmiyyəti milli birliyə çağırış etdi

“Ermənilərə beynəlxalq dəstək azalır”-“Borçalı” cəmiyyəti milli birliyə çağırış etdi

“Borçalı Cəmiyyəti” İctimai Birliyi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən bəyanat qəbul edib.

Cebhe.info xəbər verirr ki, bəyanatda deylir: “Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq ordumuz 27 Sentyabr 2020-ci il tarixində başladığı əks hücum əməliyyatında böyük uğurlar qazanaraq onlarla yaşayış məntəqəsini işğalçı-separatçılardan azad edib.

Azərbaycanın haqlı mövqeyi, işğalçılara, terrorçulara qarşı həyata keçirdiyi əməliyyatlar günü-gündən daha çox dövlətlər tərəfindən dəstəklənməkdədir. Türkiyə, Pakistan, Əfqanıstan, İsrail, Ukrayna, Şimali Kipr və bəzi dost dövlətlər açıq formada Azərbaycanın haqq davasının yanındadır.

Ölkəmizin siyasi spektri, ictimai sektoru, Azərbaycan xalqı bütövlükdə vətən müharibəsinə səfərbər olunub”.

Bəyanatda qeyd olunur ki, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsində sərgilədiyi siyasi-diplomatik-hərbi iradə ən yaxın zamanda zəfərə çatacağımıza inamı daha da artırır: “Beynəlxalq təşkilat və bəzi dövlətlərdə əvvəllər sezilən erməni ədalətsizliyinə dəstək artıq öləziyir, Azərbaycanın işğalçılara qarşı mübarizəsinə birbaşa və ya dolayı dəstək ifadə edilir.

Sənəddə qeyd olunur ki, “Borçalı Cəmiyyəti” Borçalı elinin bütün gücü və imkanı ilə Millətimizin, Ölkə Prezidentinin, müzəffər odumuzun yanında olduğunu bəyan edir, hər kəsi Vətənin azadlığı və bütövlüyü yolunda daha sıx birləşməyə dəvət edir:

“Eyni zamanda bu gün onlayn baş tutan konfransın nəticəsi olaraq formalaşan yeni İdarə Heyəti “hər şey vətən üçün, hər şey qələbə üçün” şüarı ilə mübarizə meydanında öz üzərinə düşən şərəfli vəzifələri yerinə yetirmək əzmini bir daha ifadə etməklə, soydaşlarımızın hüquqlarının qorunması, Azərbaycan-Gürcüstan-Türkiyə münasibətlərinin daha dolğun təməllərlə zənginləşməsinə töhfə vermək əzmində olduğunu bəyan edir.

Şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr və bütün yaralılarımıza isə şəfa diləyirik.

Azərbaycan Ali Baş Komandanı sərgilədiyi milli iradəyə görə eşq olsun!
Yaşasın sanlı Azərbaycan ordusu, zəfərə gedən yolları açıq olsun!
Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı!”

Mənbə: cebhe.info