Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın atdığı raket zərbəsi nəticəsində 13 yaşlı yeniyetmənin yaralanaraq xəstəxanada vəfat etməsi ilə bağlı “Facebook”dakı rəsmi hesabında paylaşım edib.
Axeber.az-ın məlumata görə, paylaşımda qeyd edilib ki, oktyabrın 24-də Gəncə şəhərindəki xəstəxanada 17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət alan Rusiya vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakovun vəfat etməsi barədə Rusiya səfirliyi məlumatlandırılıb.
Bildirilib ki, səfirlik Gəncə şəhərinin icra hakimiyyəti orqanları və həlak olanın qohumları ilə daim təmasdadır və onlara lazımi yardımı göstərir.
Mənbə: axeber.az