“Həlak olan hərbçilərlə bağlı bu qərar, dövlətimizin şəhidlərimizə olan münasibətinin göstəricisidir”

“Həlak olan hərbçilərlə bağlı bu qərar, dövlətimizin şəhidlərimizə olan münasibətinin göstəricisidir”

Cavid Osmanov: “Şəhid hərbçilərin istehlak kreditlərinin silinməsi qərarı xalq tərəfindən məmnunluqla qarşılanmaqdadır”

“Dövlətimiz bütün imkanlarından istifadə edərək şəhid ailələrinin sosial rifahını yaxşılaşdırmağa çalışır”

Şəhidhərbçilərin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşlarınistehlak kreditləri tam həcmdə silinəcək. Bununla bağlı AzərbaycanRespublikasının Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan BanklarAssosiasiyasının üzvləri olan banklar yekdilliklə qərar qəbul edib. Qərarda hərbiəməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan istehlak kreditləri vəonlara hesablanmış faizlər və digər ödəmələrin də tam həcmdə silinməsi nəzərdətutulub.

Moderator.az-aaçıqlamasında məlum qərarı şərh edən millət vəkili Cavid Osmanov, bunu dövlətimizinşəhid ailələrinə növbəti diqqət və qayğısı kimi xarakterizə edib:

 

“İlk növbədə bütün şəhidlərimizəAllahdan rəhmət diləyirəm. Hər kəsin bildiyi kimi, onların qanı yerdə qalmayıbvə bundan sonra da qalmayacaq. Bunu cənab prezidentimiz də bir neçə dəfə qeydedib. Ordumuz şəhid olan hər bir hərbçimizin qanını döyüş meydanında alır, düşmənəböyük itkilər, ağır məğlubiyyətlər yaşadır.

 

Şəhid ailələrinə dövlətimiztərəfindən hər zaman diqqət və qayğı göstərilib. Ötən il bütün şəhid ailələrinə11 min manat məbləğində birdəfəlik yardımların verilməsi, habelə, şəhid ailələrininmənzillərlə təmin edilməsi buna nümunədir. Şəhid ailələrinə qayğı cənabprezidentin hər zaman diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri olub.I vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman şəhid ailələrinə, Qarabağəlillərinə böyük diqqət və qayğı göstərib. Onların müalicəsinin yüksək səviyyədəhəyata keçirilməsi, sosial rifahlarının, mənzil şəraitlərinin yaxşılaşdırılmasıhər zaman dövlətimizin siyasətində mühüm yer tutub. Bu məsələdə Azərbaycanı birçox ölkələrə nümunə hesab etmək olar.

 

Azərbaycan dövləti güclüvə qüdrətli bir dövlətdir. Dövlətimiz iqtisadi baxımdan da sürətlə inkişaf etməkdədir.Vətən uğrunda şəhid olan insanlarımızın ailəsi hər zaman qayğı ilə əhatəolunub. Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə AzərbaycanBanklar Assosiasiyasının üzvləri olan bankların yekdilliklə qəbul etdiyi qərarda bunu göstərir. Hansı ki, həmin qərarda şəhid ailələrinin, o cümlədən düşməntəxribatı nəticəsində zərər görən mülki şəxslərin istehlak kreditlərinin tam həmcdəsilinməsi nəzərdə tutulur. Hesab edirəm ki, dövlətimizin bu addımı onun öz şəhidinə,şəhid ailəsinə verdiyi önəmin, göstərdiyi qayğının bariz nümunəsidir. Bu faktbir daha onu göstərir ki, dövlətimiz şəhid ailələrinə maddi-mənəvi dəstəyingöstərilməsini, onların sosial rifahının yüksəldilməsini, onların hər cür qayğıilə əhatə olunmasını zəruri hesab edir, bütün imkanlarından bu məqsədlə istifadəedir.

Qərardanəzərdə tutulan mühüm məqamlardan biri də düşmən təxribatı nəticəsində zərər görmüşmülki vətəndaşların istehlak kreditləri tam həcmdə silinməsi ilə bağlıdır.Bildiyiniz kimi, Ermənistanın sadəcə cəbhə xəttinə yaxın yaşayış məntəqələrinideyil, eyni zamanda hərbi əməliyyatlardan 100 kilometrlərlə uzaqda yerləşən şəhərlərimiziatəşə tutması nəticəsində mülki insanlarımız arasında da həlak olanlar, maddibaxımdan böyük itkilərlə üzləşən vətəndaşlarımız oldu. Dövlətimizin bu qərarıErmənistanın hərbi cinayətinin qrubanı olan bu şəxslərin də bank kreditlərininsilinməsini nəzərdə tutur ki, bu da dövlətimizin hər bir vətəndaşınıdüşündüyünü, onun həyatını asanlaşdırmaq, probemlərinin həllinə kömək etməküçün var gücü ilə səy göstərdiyini ortaya qoyur.

Məncəmiyyətimizdə böyük rəğbət və məmnunluq doğuran bu qərara görə cənabprezidentimizə öz minnətdarlığımı bildirirəm. Əminəm ki, gələcəkdə şəhid ailələrinədiqqət və qayğını əks etdirən yeni-yeni qərarlara şahid olacağıq”.

Mənbə: moderator.az