Putinin həyatına erməni terroru ehtimalı - ermənilər Putindən zəncir gəmirir...

Putinin həyatına erməni terroru ehtimalı  - ermənilər Putindən zəncir gəmirir...

Əli Orucov: “Bu, çoxlarına ilk baxışdan qəribə görünsə də, belə bir terror cəhdi ola bilər”

Bundan əvvəl Putini təhdid edən erməni mediası, indi də bütün “erməni xalqı”nın Putinə necə ölüm arzuladığından yazıb. Belə görünür ki, erməni mediası tamam başını itirib.

Daha öncə Rusiyanı, Almaniyanı və İngiltərəni “qan, xaos və qorxu dolu faciə dəryası”na qərq etməklə hədələyən “Armenian Report” nəşri indi də Putin üçün edam cəzası tələb edir: “Bu hələ baş verməyib, amma erməni xalqı olaraq hamımız bunun üçün dua edirik. Tarixi ədalətin təntənəsinin baş tutacağına və Putinin erməni xalqına etdiyi xəyanətə tam cavab verəcəyinə inanırıq. Xalqımız Putinin edam edilməsi üçün dua edir və bunu arzulayır”.

Bundan əvvəl sözügedən nəşr Putinə yönəlik təhdidlərlə çıxış edərək onun aqibətinin yaxşı olmayacağını bildirib: “Putin Rusiyanın Ermənistana qarşı müttəfiq və tarixi öhdəliklərini xatırlaya bilərdi. Ancaq o, bizə xəyanət etdi. Tarix mütləq təkrarlanacaq və Putin bütün ailəsi ilə birlikdə devrilən və məhv edilmiş II Nikolayın taleyini yaşayacaq. Bu, tarixi bir ədalət idi. Putin Rusiyasının özünün də Çar Rusiyasının taleyi ilə qarşılaşacağını istisna etmirəm. Yenə də imperiyanın çöküşü, aclıq, vətəndaş müharibəsi olacaq. Ancaq bu həm də tarixi baxımdan təbii olacaq”.

O da məlumdur ki, ermənilər millət olaraq terrorçu xislətinə malikdirlər. Tarix boyu törətdikləri bir sıra terror aktları ilə bunu dəfələrlə sübut ediblər. Dünyanın harasında erməni yaşayırsa, orada bu millətin nümayəndələri bu və ya digər formada cinayət fəaliyyəti ilə əlaqəlidirlər. O cümlədən, Rusiyada çoxsaylı erməni yaşayır. Eyni zamanda, erməni əsilli Rusiya vətəndaşları bu ölkənin müxtəlif dövlət strukturlarında təmsil olunurlar. Nəzərə alsaq ki, Azərbaycan Ordusu uğurlu döyüş əməliyyatlarına başlayandan sonra ermənilərin Rusiyaya, xüsusən də onun Prezidentinə yönəlik ittihamları artıb, o zaman onların Putinin həyatına sui-qəsd etməyə cəhd göstərməsi ehtimalı nə dərəcədə realdır?

“Onlar hesab edirlər ki, gərək Putin Azərbaycana öz ərazilərini azad etməyə imkan verməyəydi”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov ermənilərin Putinə qarşı terrora əl ata biləcəkləri versiyasını istisna etmədi: “Bu, çoxlarına ilk baxışdan qəribə görünsə də, belə bir terror cəhdi ola bilər. Az-çox erməni xislətinə bələd olduğum üçün, onlardan belə bir terror gözləyirəm. Məsələ ondadır ki, ordumuzun uğurlu döyüş əməliyyatlarına başlamasından sonra Ermənistanda məhz daha çox Putinə yönəlik tənqidlər artıb. Onlar hesab edirlər ki, gərək Putin Azərbaycana öz ərazilərini azad etməyə imkan verməyəydi. Görəndə ki, Rusiya prosesləri neytral mövqedən izləyir, bir az da qəzəblənirlər. Bu günlərdə Putin “Valday” klubunun iclasında dedi ki, Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz. Bu, ermənilərə vurulan ağır zərbə idi. Ona görə də Putinin bu fikirlərini ermənilər heç cür həzm edə bilmirlər. Düzdür, Rusiya Prezidentinin mühafizəsi çox yüksək səviyyədə təşkil olunub. Ancaq bu o demək deyil ki, ermənilər ona qarşı terror törətməyə cəhd etməz”.

Partiya funksioneri hesab edir ki, ermənilər hər an buna cəhd edə bilər.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com