Ermənistan cəmiyyətinin müqaviməti sınıb, vuruşmaq istəmirlər-

Son 5 gündə Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb - 18 oktyabrda cəmi 766 nəfər yoluxmuşdusa, dünən bu rəqəm 2474, bu gün isə 2213 nəfər olub.
Teref.az yazır ki, bunu ReAl partiyasının fəalı, politoloq Natiq Cəfərli deyir. Daha sonra Natiq bəy fikirlərini davam edərək, yazır:
Bəli, dünyanın çox yerində, o cümlədən bizdə də mövsümlə əlaqədar yoluxma sayı artıb, amma cəmi 2 mln. əhalisi olan Ermənistanda son 5 gündə 2000-lər civarında yoluxma halının olması maraqlıdır. Bəzi məlumatlara görə Qarabağda ağır hərbi məğlubiyyətlə üzləşən, böyük itgilər verən Ermənistanda əhali artıq vuruşmaq istəmir - rüşvətlə, ya tanışlıqla covid testini "pozitiv" yazdıraraq, azı 14 gün karantinə gedirlər ki, ordudan yayına bilsinlər.
Testi "pozitiv" çıxanları orduya aparmırlar, bu ehtimalı gücləndirən daha bir fakt odur ki, son 5 gündə testi "pozitiv" çıxanların çoxu 20-55 yaş arası kişilərdir. Əgər belədirsə, deməli Ermənistan cəmiyyətinin müqaviməti sınıb, vuruşmaq istəmirlər - düz edirlər, zatən artıq hər şey bitib, tam Qələbəyə az qalıb!
Allah Əsgərimizi və Ordumuzu qorusun!
Teref.az

Teref.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da Azərbaycan İcması Qarabağa dəstək aksiyası təşkil etdi

SONRAKI XƏBƏR

Tələbə-gənclər qurumları mötəbər beynəlxalq təşkilatlara ermənilərdən şikayət ünvanladı