Mayakovun xatirəsi yad edildi

Mayakovun xatirəsi yad edildi

Ermənistan Silahlı Qüvvələrinin Gəncəni atəşə tutması nəticəsində ölən Rusiya vətəndaşı, 13 yaşlı Artur Mayakovun xatirəsini ehtiramla yad edilib.

Teleqraf.com-un məlumatına görə, aksiya Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında təşkil edilib.

Qeyd edək ki, Ermənistanın Gəncəyə raket zərbəsi nəticəsində oktyabrın 17-də yaralanan həyat eşqi ilə dolu və gələcəyi xəyal edən 13 yaşlı Rusiya vətəndaşı Artur Vladimiroviç Mayakov bu gün vəfat edib.

Mənbə: teleqraf.com