Tramp Florida ştatında səs verib

Tramp Florida ştatında səs verib

ABŞ prezidenti Donald Tramp noyabrın 3-də keçiriəcək prezident seçkisi üçün şənbə günü Floridada səs verib. Onun Demokratik rəqibi Co Bayden isə bütün günü Pensilvaniya ştatında seçki kampaniyası aparıb.

Rəsmi iqamətgahını ötən il Nyu Yorkdan Floridaya köçürən Tramp gecə özününün yaxınlıqdakı Mar-a-Lago kurortunda qalandan sonra Vest Palm Biçdə səs verib.

“Mən çox təhlükəsiz şəkildə səs verdim. Hər şey əla oldu. Səs vermək şərəfdir,” Tramp seçki məntəqəsi kimi xidmət göstərən Palm Biç mahalının kitabxanısını tərk edərkən müxbirlərə deyib.

Kimə səs verdiyinə dair suala cavab olaraq prezident “Mən Tramp adlı bir insana səs verdim” deyib.

Co Bayden

Bunun ardınca prezident seçki mitinqi keçirmək üçün Şimali Karolinanın Lumberton şəhərinə yola düşüb. O bundan əlavə Ohayonun Sörklvil və Viskonsin ştatının Vaukeşa şəhərində də seçki kampaniyaları keçirəcək.

Bu arada isə sabiq vitse-prezident Hillari Klintonun 2016-cı ildə cüzi fərqlə qalib gəldiyi Pensilvaniyanın Baks mahalında və yaxınlıqdakı Luzerne mahalında kampaniya aparır. Sabiq prezident Barak Obama Luzerne mahalında iki dəfə qalib gəlib, lakin 2016-cı ildə orada seçicilər böyük fərqlə Trampı dəstəkləyib.

Baydenin kampaniyası şənbə günü həmçinin Florida ştatında seçicilərin dəstəyini əldə etməyə çalışacaq. Belə ki, obama sabiq vitse-prezidentinin adından Şimali Mayami də mitinq keçirib.

Prezident seçkisinə iki həftədən az vaxt qalsa da, 52 milyondan çox insan artıq səs verib. Əlavə təxminən 100 milyon insanın da səs verəcəyi gözlənilir.

Mənbə: www.amerikaninsesi.org