Hikmət Hacıyev: “PKK terrorçuları Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşür” - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Ahaber” telekanalına müsahibə verib.

H.Hacıyev Azərbaycan-Ermənistan arasında baş verən son hərbi toqquşmalar nəticəsində 64 nəfər azərbaycanlı mülki vətəndaşın həlak olduğunu xatırladıb.

Azərbaycan Prezidentin köməkçisi Ermənistanın bu davranışlarını PKK terror təşkilatının taktikaları ilə müqayisə edib.

H.Hacıyev həmçinin qeyd edib ki, PKK terrorçularının bir qrupu Ermənistan ordusunun sıralarına qoşularaq Azərbaycana qarşı vuruşur və onlar cəbhənin ön hissələrindədirlər.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Baş infeksionist xəbərdarlıq - Karantin qaydaları sərtləşdirilə bilər - VİDEO

SONRAKI XƏBƏR

Hikmət Hacıyevdən günün fotosu: Ermənistanın hərbi cinayətlərinin təsdiqi - FOTO