Azərbaycanlı gənc AB saytında Paşinyanı ifşa etdi

Macarıstanda yaşayan azərbaycanlı doktorant Əliyar Əzimovun Avropa İttifaqının “Modern Diplomacy” portalında ingilis dilində məqaləsi dərc edilib.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, məqalə “Paşinyan sülh missiyasında və beynəlxalq hüquqa riayət olunmasında uğursuzluğa necə düçar oldu?” adlanır.

Məqalədə Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətə gələrkən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar verdiyi vədlərdən, sonradan onlara əməl etməməsindən və digər məsələlərdən bəhs edilib. Müəllif qeyd edir ki, Paşinyanın uğursuzluqlarından biri danışıqlar formatını dəyişmək cəhdi idi. O, Qarabağdakı separatçı rejimi danışıqlar masasına gətirmək istəyirdi, amma bu, Minsk Qrupunun missiyasına və formatına tamam zidd idi. Nəticədə vəziyyət daha da gərginləşdi.

Bildirilir ki, 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında sülhdən danışan Ermənistan iyulda münaqişə zonasından uzaqda yerləşən Tovuza hücum edərək, Azərbaycana qarşı təxribat törətdi, sentyabrın 27-də isə müharibə başladı.

Paşinyan hüquqi məsələlərdə də uğursuzluğa düçar oldu. Məsələn, qondarma “dqr”i müstəqil qurum kimi tanımır, amma dünyaya müraciət edir ki, onu tanıyın.

Məqalədə, həmçinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin hüquqi təhlili də verilib.

Ekspert yazıda qeyd edir ki, beynəlxalq hüquqdakı prinsiplərə görə, hər bir xalq yalnız 1 dəfə öz müqəddəratını təyin edə bilər. Ermənilər isə artıq bundan istifadə edərək, Ermənistan yaradıblar. Ona görə də ikinci erməni dövlətinin yaradılması beynəlxalq hüquqa ziddir.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Hərbi pilotumuz əhalimizə koronavirusla bağlı çağırış etdi - VİDEO

SONRAKI XƏBƏR

VW ID 1st Edition modelinin ilk partiyası bir gün ərzində satılıb - FOTO