“Şəhidlərin istehlak kreditlərinin silinməsi qərarı dövlətimiz adına qürurverici addımdır”

“Şəhidlərin istehlak kreditlərinin silinməsi qərarı dövlətimiz adına qürurverici addımdır”

Vahid Əhmədov: “Bu, dövlət-vətəndaş həmrəyliyinin tamlığından, bütövlüyündən xəbər verir”

Xəbər verdiyimiz kimi, şəhidhərbçilərin və düşmən təxribatı nəticəsində zərər görmüş mülki vətəndaşlarınistehlak kreditləri tam həcmdə silinəcək. Bununla bağlı Azərbaycan RespublikasınınMərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olanbanklar yekdil qərar qəbul etdiyivurğulanır.

Məlum məsələ ilə bağlı Moderator.az-aaçıqlama verən millət vəkili Vahid Əhmədov, bu qərarı alqışladığını vurğuladı:

“AzərbaycanRespublikasının Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan BanklarAssosiasiyasının üzvləri olan bankların belə bir qərar verməsi alqışlanandır. Indikiməqamda bu addımın atılmasına çox böyük ehtiyac var idi. Bununla bağlı mənə dəvətəndaşlar tərəfindən tez-tez müraciətlər olur, suallar verilirdi. Bu gün beləbir qərarın verilməsi bütün cəmiyyətdə məmnunluq doğuran bir addım oldu.

Həlak olan hərbçilərinistehlak kreditlərinin tam həcmdə silinməsi bir daha dövlətimizin şəhid ailələrininqayğı və problemlərinə həssaslıqla yanaşmasından, onları daim diqqət mərkəzindəsaxlamasından xəbər verir. Bu qərar aktiv hərbi əməliyyatların davam etdiyihazırkı dönəmdə belə dövlətimiz şəhid ailələri ilə bağlı heç bir məsələni diqqətdənkənarda qoymadığını, onları narahat edən məsələlərə operativ reaksiya verməkləşəhid ailələrinin yanında yer aldığını, onların sosial rifahının yaxşılaşmasıüçün bütün gərəkli addımları atmaqda qərarlı olduğunu göstərir. Bütövlükdə, şəhidlərinistehlak kreditlərinin silinməsi qərarı dövlətimiz adına qürurverici biraddımdır.

Erməni terrorundan zərərgörən mülki şəxslərin kreditlərinin silinməsi də təqdirəlayiq bir addımdır vəbu, dövlət-vətəndaş həmrəyliyinin tamlığından, bütövlüyündən xəbər verir. Odur ki,mən bu qərarı alqışlayır, bunu dövlətimizin şəhid ailələrinə çox böyük qayğısıkimi dəyərləndirirəm”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az