"Bu çətin və faciəli zamanda biz Azərbaycan xalqının ağrısını öz dərdimiz kimi qəbul edirik"

Bu gün Ukrayna Ali Radasının Xarici Əlaqələr Komitəsinin sədri, AŞPA-nın vitse-prezidenti Aleksandr Merejko bəyanatla çıxış edib.

Moderator.az həmin bəyanatı təqdim edir.

“Dinc Gəncə şəhərində və Azərbaycanın digər dinc şəhərlərində mülki əhalinin və mülki obyektlərin atəşə tutulmasının heç bir bəraəti ola bilməz və bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Hərbi cinayət baş verib və bu əməli törədən bütün günahkar şəxslər, hansı yüksək vəzifə tutmalarından asılı olmayaraq, məsuliyyətə cəlb edilməlidir. Beynəlxalq ictimayət hərbi cinayətdə günahkar olanların ədalətli şəkildə cəzalandırılmasını təmin etmək üçün əlindən gələni etməlidir.

Təəssüf ki, Ukrayna təcavüz və işğal qurbanı olaraq , təcavüzkar dövlətin istənilən təxribata və cinayətə getməsinin, mülki vətəndaşların həyatına laqeyd yanaşıb, bununla da öz təcavüzünü hər cür yolla ört-basdır etmələrinin kədərli bir təcrübəsinə malikdir. Bu çətin və faciəli zamanda biz Azərbaycan xalqı ilə həmrəyik və onların ağrısını öz dərdimiz kimi qəbul edirik. "

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

"Əgər bu qiymət artımını durdura bilməsək, şirkət digər məhsullarını da bahalaşdıracaq"

SONRAKI XƏBƏR

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi