Ukraynadakı azərbaycanlılar seçkilərdə namizəd oldu

Ukraynadakı azərbaycanlılar seçkilərdə namizəd oldu

Ukraynada yaşayan soydaşlarımız oktyabrın 25-də bu ölkədə keçiriləcək yerli hakimiyyət orqanlarına seçkilərdə namizədliklərini irəli sürüblər.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, ilk dəfədir azərbaycanlılar çox sayda şəhər və vilayət şuralarında deputatlığa namizədliklərini veriblər. Belə ki, Kiyev, Odessa, Dnepropetrovsk, Nikolayev, Poltava, Vinnitsa, Sumı, Çerniqov, Herson vilayətlərindən 20-dən çox azərbaycanlı seçkilərdə iştirak edir. Onlar seçki kampaniyası dövründə fəal təbliğat-təşviqat işləri ilə məşğul olublar.

Qeyd edək ki, seçkilərdə oktyabrın 24-də “sükut günü” elan edilib. Ukrayna polisi sentyabrın 5-dən başlayan seçki prosesi dövründən bu günə qədər seçki qanunvericiliyinin pozulmasına görə 622 cinayət işi açıb. Ümumilikdə isə seçki qanunvericiliyinin pozulması hallarına görə 7877 müraciət araşdırılıb.

Mənbə: konkret.az