“Bayraktar” PUA-sının yaradıcısından Azərbaycana dəstək

“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Azərbaycana növbəti dəfə dəstək nümayiş etdirib.

“Report” xəbər verir ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı özünün “Facebook”dakı səhifəsində şeir paylaşaraq, Dağlıq Qarabağda davam edən hərbi əməliyyatlara rəğmən Yer üzünün ərənlərin meydanı olduğunu, meydanı igidlərə verməyin zəruriliyini qeyd edib.

Səlcuq Bayraqdar şeirini “Cansan can, Azərbaycan” sözləri ilə bitirib.

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda kütləvi davada 1 nəfər bıçaqlanıb, 3 nəfərə küt alətlə xəsarət yetirilib

SONRAKI XƏBƏR

Bakıda gənci avtomobil vuraraq öldürüb