Nazirlikdən Kəlbəcərlə bağlı açıqlama - VİDEO

Nazirlikdən Kəlbəcərlə bağlı açıqlama - VİDEO

Kəlbəcərin mövcud yataqları yenidən öyrəniləcək. Ekologiya və təbii sərvətlər nazirliyinin milli geoloji kəşfiyyat xidmətinin rəisi Əli Əliyev bildirib ki, işğal altında olan ərazilərimizdə 167 adda yataq mövcuddur və bu yataqlardan 34 -ü kəlbəcər rayonu ərazisində yerləşir.

İşğaldan azad olunan ərazilərdə, işğal altında olan, o cümlədən Kəlbəcər rayonundakı mövcud yataqların ehtiyatları yenidən öyrəniləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib ki, Kəlbəcər rayonu yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdən biridir. İşğal altında olan ərazilərimizdə 167 adda yataq mövcuddur və bu yataqlardan 34 -ü Kəlbəcər rayonu ərazisində yerləşir.
Əli Əliyev bildirib ki, Kəlbəcər rayonunun mövcud yataqlarının ehtiyatları yenidən öyrəniləcək və qiymətləndirilmə aparılacaq.

Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev qeyd edib ki, Kəlbəcər rayonu işğal edildikdən sonra buradakı faydalı qazıntı yataqlarının real vəziyyəti haqqında dəqiq məlumatlar əldə etmək mümkün olmayıb. Lakin Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin aerofotoşəkillərinə istinadən deyə bilərik ki, erməni işğalçıları tərəfindən bu yataqlar istismar edilib.
Sonxeber.az

Bizi telegramda izləyin:

 https://t.me/aqreqator_resm

Mənbə: sonxeber.az