“Ərazi bütövlüyümüz Avropa üçün çox vacibdir” - Ekspert

"Qərbin və o cümlədən Avropanın bütün məqamlarda həmişə iqtisadi maraqları hər şeydən üstün tutub. Lakin bilavasitə Azərbaycana münasibətdə bir çox məsələlərin həllində bunu vaxtında və lazımi səviyyədə təzahür etdirməməsi ciddi təəccüb doğurub”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı- ekspert Pərviz Heydərov deyib. O, qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü Avropa üçün də vacibdir:

"İndiyədək demək olar, bütün layihələrə yanaşmada belə olub. Amma ideya və təşəbbüskarı, həmçinin icraçısı da Azərbaycan olan həmin layihələr tam ərsəyə gəldikdən sonra isə bunların əhəmiyyəti açıq etiraf edilib və edilir. Halbuki bu münasibət hər bir layihə üzrə vaxtında bildirilsə idi, sözügedən əhəmiyyət də özünü daha tez və bəlkə də indikindən iki və üç qat artıq büruzə verə bilərdi. Bunu Qərb və Avropa ölkələri indi də anlamır. Bütün bunlara rəğmən, Azərbaycan Silahlı Qüvvələri onu da sübut edəcək ki, Qərb başda olmaqla Avropa bu gün də düzgün mövqe sərgiləmir. Və sözügedən iqtisadi-enerji layihələrində olduğu kimi ərazilərimizin işğalçılardan təmizlənməsinin də nə qədər vacib olduğu sonradan etiraf olunacaq. Çünki ərazi bütövlüyünün bərpası Avropa üçün də vacibdir".

Əli Bədir
Cebhe.info

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Koronavirusla bağlı 4 mif: Nələri düzgün bilmirik?

SONRAKI XƏBƏR

Bu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı