İlham Əliyev: «Gördük ki, bəzi silahlarımız müasir döyüşlərdə o qədər də lazım olmur»

İlham Əliyev: «Gördük ki, bəzi silahlarımız müasir döyüşlərdə o qədər də lazım olmur»

Qarabağdakı döyüşlər göstərdi ki, Azərbaycanın arsenalında olan bəzi silahlar müasir döyüşlərdə o qədər də lazım olmur.

Prezidentin hərbi müşavirədə çıxışı - TAM MƏTN

FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Müdafiə nazirliyində keçirilən müşavirədəki çıxışında bildirib.

Dövlət başçısı bildirib:

«Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər».

Qeyd edək ki, bir qədər əvvəl xarici ekspertlər də bildirmişdilər ki, Qarabağda gedən müharibə göstərib ki, hazırda bəzi hərbi texnikalar, o cümlədən tanklar müasir döyüşdə ağır və ləng görünür, asanlıqla dronların «yeminə» çevrilirlər.

Mənbə: fed.az