Ankaradan Makrona sərt etiraz: “Maskanı çıxardıqdan sonra...”

Ankaradan Makrona sərt etiraz:  “Maskanı çıxardıqdan sonra...”

“Tarix Makron və ona bənzəyənləri dövlətlərini məhvə aparan şəxslər kimi xatırladacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Mustafa Şəntop deyib.

Spiker Fransa Prezidenti Emmanuel Makronun müsəlmanlarla bağlı təhqiramiz açıqlamasına reaksiya verib:

“Qərb dəyərləri öz masakalarını çıxardıqdan sonra Makron və bu növdən olan siyasətçilərin ibtidai irqçiliyi və İslam düşmənliyi ən çirkin halını göstərməyə başladı. Tarix Makron və ona bənzəyənləri dövlətlərini məhvə aparan şəxslər kimi xatırladacaq”.

 

Mənbə: teleqraf.com