Fransada bir gündə 52 mindən çox insanda koronavirus aşkarlanıb

Fransada bir gündə 52 mindən çox insanda koronavirus aşkarlanıb

Fransada sutka ərzində aşkar olunmuş koronavirusa yoluxma hallarının sayı 52 010 nəfər artaraq 1 138 507-yə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin sanitar xidməti “Santé publique” saytında məlumat yayılıb.

Bildirilir ki, bütün dövr ərzində Fransada 34 761 koronaviruslu xəstə dünyasını dəyişib.

Mənbə: apa.az