Bolqarıstanın baş naziri koronavirusa yoluxub

Bolqarıstanın baş naziri koronavirusa yoluxub

Bolqarıstan baş naziri Boyko Borisov koronavirusa yoluxub.

REAL "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu baş nazir özünün sosial şəbəkə hesabında bildirib.

Baş nazir ev şəraitində müalicə alacağını da vurğulayıb: "Hazırda yalnız ümumi halsızlıq hiss edirəm, lakin həkimlər ev şəraitində müalicə etməyi tövsiyə etdi"

Borisov Dövlət Səhiyyə Müfəttişliyinə yaxın günlərdə ünsiyyətdə olduğu bütün insanların siyahısını bildirdiyini qeyd edib: "Əminəm ki, lazımi qaydalara uyğun hərəkət etsək, hamımız bu xəstəliyin öhdəsindən gələcəyik"

Mənbə: www.realtv.az