Liviyadan Fransaya qarşı həmlə:

Liviyadan Fransaya qarşı həmlə:

Liviya Ali Şurası Fransa ilə iqtisadi əlaqələrin dayandırılması üçün hökumətə çağırış edib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Müraciətdə Fransanın “Total” şirkəti ilə əldə olunan neft-qaz razılaşmasının ləğvi də tələb olunub.
Məlumata görə, buna səbəb Fransa Prezidenti Emmanuel Makronun islam dininə qarşı göstərdiyi mövqedir.
Qeyd edək ki, E.Makron ölkədə ifadə azadlığını bəhanə edərək Məhəmməd Peyğəmbərin karikaturalarının çəkilişlərinə qarışmayacağını açıqlayıb.

Mənbə: teref.az