Ərdoğanın bu sözləri Afinanı təşvişə saldı

Ərdoğanın bu sözləri Afinanı təşvişə saldı

Türkiyə lideri Ərdoğanın Emmanuel Makronu və Fransanı hədəf alan sözləri qəbuledilməzdir.
KONKRET.az xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiryakos Miçotakis deyib.
“Yunanıstan olaraq Makron və Fransa xalqı ilə həmrəyik. Həmçinin, Fransaya dəstəyimizi ifadə edirik”, – Miçotakis bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarını sərt tənqid edib. Ərdoğan ifadəsində “Makron adlanan şəxsin İslam və müsəlmanlarla problemi nədir? Onun psixoloji müalicəyə ehtiyacı var” deyib.

Mənbə: teref.az