Belarus müxalifət liderlərindən Svetlana Tixanovskaya ümummilli tətil elan edib

Belarus müxalifət liderlərindən Svetlana Tixanovskaya ümummilli tətil elan edib

Belarus prezidentliyinə keçmiş namizəd, müxalif siyasətçi Svetlana Tixanovskaya ölkədə ümumilli tətilin başlandığını elan edib.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bunu onun özü “telegram” kanalında məlumat verib. Svetlana Tixanovskaya tətilin bu gün başlanacağını bildirib. “Belaruslar bu addımı atacaqlar, çünki onların sözü qanundur. Bu, bizim məhrum qaldığımız qanundur və biz onu geri qaytaracağıq. Bizim əsas silahımız həmrəylikdir”,-deyə onun bəyanatında bildirilir.
S.Tixanovskaya dünən paytaxt Minksdə müxalif qüvvələrinin yürüşünün zorla dağıdılmasını da pisləyib. Onun fikrincə, bu, Aleksandr Lukaşenko rejiminin əslində hakimiyyəti itirməsinin göstəricisidr.
Xatırladaq ki, bu gün Minskdə etiraz nümayişində iştirak edənlərə qarşı hərbi polis gücü tətbiq olunub və hətta rezin güllələrdən istifadə edilib. Gələn xəbərlərdə ən az 2 insanın yaralandığı, 150-dən çox vətəndaşın saxlanıldığı qeyd olunur.

Mənbə: teref.az