Trampı təbliğ edən polis cəzalandırıldı

Trampı təbliğ edən polis cəzalandırıldı

Nyu-Yorkda səsgücləndirici vasitəsi ilə ABŞ-ın hazırkı prezidenti Donald Trampı dəstəklədiyini bəyan edən polis işçisi tutduğu vəzifədən azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə şəhər polis idarəsinin rəisi Dermot Şi özünün tvitter səhifəsində bildirib.

O qeyd edib ki, polis ödənişsiz məzuniyyətə göndərilib:

“Hüquq-mühafizə orqanlarının işçiləri siyasətdən kənar olmalıdır. Qanun hər kəsə bərabər tətbiq edilir”.

Mənbə: teleqraf.com