Yeni atəşkəs elan edildi – VAŞİNQTONDA RAZILAŞMA

Yeni atəşkəs elan edildi – VAŞİNQTONDA RAZILAŞMA

Azərbaycanla Ermənistan arasında yeni humanitar atəşkəs barədə razılıq əldə edilib.

FED.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ, Azərbaycan və Ermənistanın birgə bəyanatında bildirilir.

Razılaşmaya görə, ətaşkəs 26 oktyabr yerli vaxtla səhər saat 7-00-dan qüvvəyə minəcək.

Məlumata görə, oktyabrın 24-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyan ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqenlə görüşüblər. Görüşdə tərəflər ölkələrinin humanitar atəşkəsə əməl edilməsi ilə bağlı oktyabrın 10-da Moskvada əldə edilmiş razılaşmaya sadiq olduqlarını təsdiqləyiblər.

Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Mnsk Qrupunun həmsədrləri isə Bakı və Yerevanı Moskvada əldə edilən rnazılaşmaların reallaşdırılması üçün addımlar atmağa çağırıb.

Mənbə: fed.az