Beynəlxalq təzyiqlər var - amma həm Ordumuz, həm də Dövlətimiz, diplomatiyamız təzyiqlərə duruş gətirəcək gücdədir

Beynəlxalq təzyiqlər var - amma həm Ordumuz, həm də Dövlətimiz, diplomatiyamız təzyiqlərə duruş gətirəcək gücdədir

Prezidentin müşavirədəki çıxışından gəldiyim nəticələr:
1) Qələbədən sonra Milli Ordudan milli olmayanlar, dövlətinə bağlı olmayanlar təmizlənəcək,
2) Peşəkar orduya keçid sürətlənəcək,
3) Rusiyadan və keçmiş post-sovet ölkələrindən alınan silah həcmi kəskin azaldılacaq,
4) Qələbəni bizə bəxş edən, müqəddəs bayrağı sancan Əsgər və Zabitlərimizdir,
5) Bəzi yeni ərazilər işğaldan azad edilib, yəqin sabah detallı açıqlama olacaq,
6) Beynəlxalq təzyiqlər var - amma həm Ordumuz, həm də Dövlətimiz, diplomatiyamız təzyiqlərə duruş gətirəcək gücdədir, bu isə de-facto bağlanan uğurlu ittifaqlarla mümkün olub.
Allah Əsgərimizi və Ordumuzu qorusun!
Natiq Cəfərli
Teref.az

Mənbə: teref.az