Ərdoğan azərbaycanlı aparıcının qələbə xəbərini çatdırarkən ağlamasından danışdı

Ərdoğan azərbaycanlı aparıcının qələbə xəbərini çatdırarkən ağlamasından danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında azərbaycanlı aparıcının efirdə torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı xəbəri çatdırarkən ağlamasından danışıb.

BiG.AZ xəbər verir ki, Türkiyə lideri bu sözləri deyib:

"Qardaşım İlham Əliyevlə danışanda azərbaycanlı aparıcının qələbə sevincini çatdırarkən ağlaması xəbərini paylaşdım.İndi azərbaycanlı igidlərimiz işğal altında olan torpaqlarımıza doğru gedirlər. Şükürlər osun artıq geri almağa başladılar."

Qeyd edək ki, İTV-nin aparıcısı Jalə Həsənlinin bir neçə kəndimizin azad edilməsi ilə bağlı xəbərləri oxuyarkən ağlaması sosial şəbəkələrdə qısa zamanda sürətlə yayılmışdı.

Bir neçə gün sonra ermənilər aparıcının ağlayan fotosunu yerləşdirərək "Erməni aparıcı Qarabağla bağlı xəbərləri oxuyarkən kövrəlib. Aparıcı şəhidlərin məlumatını deyərkən göz yaşlarını saxlaya bilməyib" başlıqlı yazılarla yaymağa başlayıblar.
Məsələyə aparcının münasibəti belə olub:

""Mən "Sarı Gəlinəm", "Balabanam", "Yarpaq dolmasıyam", "Kababam" sizin üçün? Onları özəlləşdirməyə çalışmağınız bəs deyil, indi də məni özəlləşdirirsiniz, ay yazıqlar?""



 

Mənbə: sonxeber.az