İlham Əliyev: “Biz bu danışıqlardan yorulmuşuq”

İlham Əliyev: “Biz bu danışıqlardan yorulmuşuq”

“Biz bu danışıqlardan yorulmuşuq. Deyirdilər ki, sülh yolu ilə həll olunmalıdır, məsələnin hərbi yolla həlli varianatı yoxdur. Bəs nə oldu?”

Cebhe.info xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib:

“Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq, hesablaşın. Orda görüş, burda görüş. Bütün fəaliyyətləri Ermənistanı xilas etməkdir. Xocalı soyqırımızı törədəni, Gəncəni Ermənistandan ballistik raketlə bombalayanı xilas etməkdir”.

 

 

Mənbə: cebhe.info