"Vasitəçi neytral deyilsə, o vasitəçi ola bilməz" - Dövlət başçısı

"Vasitəçi neytral deyilsə, o vasitəçi ola bilməz" - Dövlət başçısı

“Bu gün bütün imkanları bizə qarşı səfərbər ediblər. Mən bir ay buna dözürdüm, bir ay! Demirdim bunları. Boğaza yığılmışıq. Bu, bir”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“İkincisi, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o vasitəçi ola bilməz. Vasitəçi ölkələr özü üçün gərək yeni bir funksiya fikirləşələr. Nə ilə məşğul olacaqlar. İndi 5 rayonun azad edilməsi – hanı 5 rayon? Bizdədir artıq 4-ü. O məsələ artıq getdi qurtardı. Özümüz götürmüşük: Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı – bu rayonların böyük hissəsi bizdədir”, - Prezident vurğulayıb.

Mənbə: www.unikal.org