Prezident: “Mən bir ay buna dözürdüm, demirdim, artıq boğaza yığılmışıq”

Prezident: “Mən bir ay buna dözürdüm, demirdim, artıq boğaza yığılmışıq”

“Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər ki, rədd olsun çıxın. Yoxsa axıra qədər gedəcəyik. Yoxsa düşməni sona qədər qovacağıq, çünki biz haqlı və güclüyük.

Dünya artıq əvvəlki dünya deyil. Güc amili ön plana çıxır. Bunu biz etməmişik. Böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlar? Xeyr. Hərə öz istədiyini edir. Biri ora girir, biri bura girir. Biz niyə bunu müdafiə etməliyik? Halbuki beynəlxalq hüquqdan kənar heç bir addım atmırıq. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızı bərpa edirik. Əgər daimi üzvlər, Minsk qrupu bunu edə bilməyibsə, çəkilsin kənara, mane olmasınlar”.

Cebhe.info xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.

“Azərbaycan xalqının səbri ilə oynamasınlar. Biz istədiyimizə nail olacağıq. Necə olacaq bizim münasibətimiz? Xalqımız bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu düşünsünlər. Gün gələcək xahişlə, əməkdaşlıq təklifi ilə gələcəklər, hansı üzlə bizə baxacaqlar. Mən 1 ay buna dözürdüm, demirdim, artıq boğaza yığılmışıq”,- deyə dövlət başçısı bildirib.

 

 

Mənbə: cebhe.info