Azərbaycan qərb ərazilərini də geri ala bilər - özbək tarixçidən açıqlama

Azərbaycan qərb ərazilərini də geri ala bilər - özbək tarixçidən açıqlama

Özbəkistan tarixçisi və publisisti Şuhrat Barlas, Eurasia Diary-yə eksklüziv müsahibəsində Qarabağın azad edilməsindən sonra, 30 il ərzində Azərbaycan Respublikasına dəymiş iqtisadi, siyasi və mənəvi ziyanın təzminat tələbi əsasında azərbaycanlıların Zəngəzur və digər qərbi Azərbaycan torpaqlarını ala biləcəyini söylədi.

Zəngilan azad edildikdən sonra erməni hərbi qüvvələri Naxçıvanla aramızda olan sərhədlərinə doğru geri çəkilməyə başladı. Bu məqamda ermənilər sərhəd dibində rus bayrağını qaldıraraq öz sərhədlərini qorumağa çalışdılar. Bunun səbəbi nə ilə izah edilə bilər?

- Əlbəttə əsəs səbəb qorxudur. Zatən bu ermənilərin qəflətə düşərək özlərinə aid heç bir ərazinin bu coğrafiyada mövcud olmadığını bir daha bu görüntü ilə isbatlamış olması deməkdir. Bilirsiniz, bu gün Azırbaycan hazırda öz torpaqlarını işğaldan azad etmək üçün tək başına mübarizə aparmaqdadır. Açıq aydındır ki, Azərbaycan ordusunun tərkib hissəsində ermənilərdən fərqli olaraq heç bir muzdlu əsgər qüvvəsi mövcud deyil. Lakin ermənilər bu gün əlləri çata bilən və ya bilməyən hər nə varsa korkoranə şəkildə istifadə etməkdən çəkinmirlər.

Bir tarixçi olaraq onu da əlavə etmək istərdim ki, ermənilərin tarixən heç bayraqları da mövcud olmayıb. Onlar sadəcə Qafqazdakı niyyətlərini tam açıq bəyan etməyən rusların bir aləti kimi istifadə olunmaqdadır. Bu səbəbdən də onlar qorxu və həyəcandan nə etdiklərini bilməyib dərhal öz idarəçilərinin masqasını düşürmək məcburiyyətində qaldılar. Lakin rusların Qafqazdakı tarixlər boyu Azərbaycan türklərinə olan ikibaşlı münasibətləri də gizlin deyildir. Bunun nəticəsi olaraq azərbaycan həmin tarixi ədalətsizliyin bədəlini bu gün hər kəsin gözü önündə ermənilərə ödətməkdədir.

Qarabağ müharibəsi bitdikdən sonra XIX və XX əsrin əvvəllərindəki qaranlıq tarixə nəzər salınaraq Azərbaycan və Ermənistanın sərhədləri yenidən müzakirə oluna bilərmi?

- Ümumiyyətlə Azərbaycan dövlətini, eləcə də onun ordusunu sözdə erməni dövləti ilə müqayisə etmək düzgün deyil. Əgər Azərbaycan tərəfi qərar qəbul edib Naxçıvan və ya qədim qərb torpaqlarına doğru hərəkətə keçərsə Zəngəzuru və digər torpaqları bir ay içində geri ala bilər. Bu Azərbaycanın bir dövlət olaraq beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü yenidən tələb edə bilmək haqqıdır.

Lakin onu da qeyd edim ki, Ermənistan Qarabağ müharibəsinin sonunda sərhəd anlaşmasını pozarsa Azərbaycan ordusunun İrəvanı belə yerlə yeksan edə bilmək səlahiyyəti meydana gələ bilər. Təbii ki, Rusiyanın da bu məsələdə reaksiyası istisna deyil, lakin bunu artıq zaman göstərə bilər.

Bilirik ki, Naxçıvan Azerbaycanı Türkiyəyə birləşdirən tək bir sərhəd qapısıdır. Qarabağ azad edildikden sonra Azərbaycan tərəfinin Naxçıvana birleşdirilməsi üçün Azerbaycan, eləcə də Türkiyə tərəfindən nə kimi addımlar atıla bilər?

- Əslində Azərbaycanın Ermenistana qarşı cəbhə açması zaman məsələsidir. Halbu ki, qanun nöqteyi nəzərindən baxdıqda BMT qətnaməsinin 51-ci maddəsinə görə Azərbaycan öz torpaqlarını qorumağa tam haqqi var. Ermənistan hazırda Azərbaycana qarşı müharibə başlatmaqda çox həvəslidir və bunu atəşkəsə rəğmən öz ərazisindən ardıcıl olaraq sivil əhali yaşayan bölgələri raket atəşinə tutmaqla bir daha bəyan etdi. Belə bir vəziyyətdə təbii ki, Azərbaycan təmkinli davranaraq bütün diqqətini Qarabağa yönəltməli idi və bunu da etdi. Ermənistan tərəfi buna baxmayaraq hələ də sivil əhalini qətl etmək və ölkəyə ciddi ziyan vurmaqla Azərbaycanı müharibəyə təhrik etməkdə israrlıdır. Qeyd etmək istərdim ki, Ermənistanla bağlı olan bu məsələdə ODKB formatı da mövcuddur. Başda Qazaxıstan olmaqla Rusiya, Belarusiya və Qırğızıstan Ermenistanı ODKB üzvülüğünden çixarılma məsələsini gündəmə gətirə bilərlər.

Digər bir qanuni nöqteyi nəzərdən baxdıqda Qarabağ azad edildikden sonra, ermənilər işgal etdikləri torpaqlarda 30 ildən bəri Azərbaycan Respublikasına vurulan iqtisadi, siyasi və mənəvi zərərlərə görə təzminat davası əsasında Zəngəzuru və digər qərb torpaqlarını ala bilər. Bu məsələdə Azərbaycanın beynalxalq huquqşunasları xüsusi səylər göstərməlidir. Türkiyə isə bu məsələnin siyasi tərəfində, yəni masada aparıcı bir rol oynaya bilər. Çunki, bu gün artıq Azərbaycan öz tarixi torpaqlarını tələb etmək məsələsində güclü siyasi iradəyə, hərbi salahiyyətə və iqtisadi imkanlara malikdir. Təbii ki, siyasi güc olaraq Türkiyənin də rolu istisna edilmədən bunu zaman çərçivəsində Azərbaycan istədiyi an gerçəkləşdirə bilər.

 

Mənbə: ednews.net