"Ermənistan qoşunlarını Qarabağdan nə vaxt çıxaracağı haqda tək bir cümlə deməlidiir" - AÇIQLAMA

"Ermənistan qoşunlarını Qarabağdan nə vaxt çıxaracağı haqda tək bir cümlə deməlidiir" - AÇIQLAMA

“Ermənistan atəşkəs əldə edilməklə özünün çirkin niyyətlərini həyata keçirmək üçün müəyyən pauza əldə etməyə çalışır”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Elman Nəsirov bildirib.

O, qeyd edib ki, son günlər Ermənistan tərəfi atəşkəslə bağlı daha çox bəyanatlar verir, çalışır ki, yenidən silahlansın:

“İki dəfə belə humanitar atəşkəsin bağlanmasına baxmayaraq Ermənistan dərhal əks-hücuma keçib. Ermənilər düşünürlər ki, bu atəşkəs Azərbaycanda arxayınçılıq yaradacaq. Məqsəd isə döyüş zamanı itirdiyi torpaqları yenidən geri qaytarmaqdır. Ali Baş Komandanın bu məsələlərlə bağlı qətiyyətli, prinsipial mövqeyi var. Biz atəşkəs elan edib, danışıqlara getməyə hazırıq. Lakin bu danışıqlar ATƏT-in Minsk Qrupunun irəli sürdüyü baza prinsipləri çərçivəsində substantiv daışıqlar olmalıdır”.

Deputat vurğulayıb ki, danışıqların gedişatında müzakirə olunacaq yeganə məsələ Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından çıxarılması olmalıdır və bununla bağlı konkret qrafik verilməlidir:

“Həmin qrafikdə erməni silahlı qüvvələri hansı gün hansı rayonumuzdan çıxacağı ilə bağlı dəqiq tarix verməlidir və bu, ATƏT-in Minsk Qrupu tərəfindən təsdiq və tətbiq edilməlidir. Danışıqlar zamanı erməni silahlı qüvvələrinin çıxarılması məsələsi müzakirə olunmayacaqsa, belə atəşkəs və danışıqlar Azərbaycan üçün lazım deyil. Cənab Prezident düyanın nüfuzlu KİV-lərinə müsahibəsi zaman da beynəlxalq ictimaiyyətinə bəyan edir ki, biz danışıqlara başlamağa hazırıq. Ancaq yeganə şərtimiz var. O şərt daxilində məsələ həll edilməlidir. Bizim şərtimiz əslində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə əsaslanır. Ermənistanın Azərbaycanın şanlı ordusu tərəfindən aldığı zərbələrdən sonra danışıqlara getmək istəməsi bəlli məsələdir. Düşmən bir tərəfdən hay-həşir salır ki, danışıqlar olsun, digər tərəfdən Ermənistan Baş naziri söyləyir ki, bu məsələnin diplomatik həlli yolu yoxdur. Belə olan halda biz ermənilərin səmimiyyətinə necə inanaq. Ermənistan tərəfindən tək bir cümlə deyilməlidir: “Silahlı qüvvələrini işğal etdiyi torpaqlarımızdan çıxarmağa hazırdır və istənilən anda buna başlaya bilər”. Bunun ardınca danışıqlar baş tuta bilər. Bu cənab Prezidentin dəyişilməyən, prinsipial və qətiyyətli mövqeyidir”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Mənbə: konkret.az