Makron təhqir etdiyi müsəlmanlara ərəbcə müraciət etdi - FOTO

Makron təhqir etdiyi müsəlmanlara ərəbcə müraciət etdi - FOTO

Prezident Emmanuel Makron və hökumətinin İslam dininə qarşı mövqeyi və Məhəmməd peyğəmbəri təhqir edən karikaturaları dəstəkləməsi İslam ölkələrində Fransa məhsullarına qarşı boykotla nəticələnmişdi.

Publika.az xəbər verir ki, E.Makron sosial media hesabından 2 dildə “boykotu dayandırın” çağırışları edib.

O, ərəbcə tvitində “Əsla, vaz keçməyəcəyik. Sülh ruhu içində bütün müxtəlifliklərə hörmət edirik. Nifrəti qəbul etmirik” sözlərini yazıb.

Qeyd edək ki, İordaniya, Qətər və Küveyt Fransa məhsullarını və turizmm şirkətlərini siyahılarından çıxarıb.

Mənbə: publika.az